"Bədbəxt, yazıq" - Stilist Anardan Nanəyə

Tanınmış stilist Anar Ağakişiyev aralarında problem yaranan aparıcı Nanə Ağamalıyevaya söz atıb.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, sənətçi sosial media hesabında əyləndiyi anların videosunu paylaşaraq "Biz sən bədbəxtdən fərqli olaraq sosiallaşırıq və "Photoshop"un dibinə girmirik, yazıq" sözlərini yazıb və yarpaq smayliki əlavə edərək aparıcının adına eyham vurub.

Qeyd edək ki, Nanə Ağamalıyevanın ATV-dən gedəcəyi bildirilirdi. Buna səbəb isə A.Ağakişiyevə telekanalın efirinə çıxan aparıcıların saç və makiyajına nəzarət etməsi tapşırılması idi.

"Qafqazinfo"nun iddiasına görə, rəhbərlik əməkdaşlarına bildirib ki, stilistin fikri ilə razılaşmayanlar işdən çıxa bilər. N.Ağamalıyevanın da gedişi bununla əlaqə imiş.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR