Gürcüstanın Baş naziri "omikron"a yoluxdu

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili koronavirusun “omikron” ştamına yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, İ.Qaribaşvili özünü yaxşı hiss edir və işini distant qaydada davam etdirir.

Qeyd edək ki, İ.Qaribaşvili ötən ilin aprelində COVID-19-a yoluxub. O, virus əleyhinə tam peyvənd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR