Zaqatalada 25 il məhkumluq həyatı yaşamış narkotacir tutulub

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutularaq istintaqa təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün, eləcə də quldurluq və oğurluq əməllərinə görə ümumilikdə 25 il məhkumluq həyatı yaşayan Hafiz Məhərrəmli idarə etdiyi “Ford” markalı avtomobillə birgə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən oturacağın altında satış məqsədilə gizlətdiyi 20 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə sellofan torbada saxladığı 300 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

H.Məhərrəmli barəsində Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin də qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR