Əri ilə rəfiqəsinin eşq yaşadığını öyrəndi: Dedikləri ŞOK YARATDI -

Türkiyənin Konya şəhərində Ayşə adlı qadın rəfiqəsi Fidana ağır xəsarətlər yetirib.

Metbuat.az xəbər verir ki, o rəfiqəsinə kəsici alətlərlə zərər yetirib. İddialara görə, buna səbəb Ayşənin həyat yoldaşının Fidanla eşq yaşamasıdır. Ərinin rəfiqəsi ilə münasibətdə olduğunu öyrənən qadın, belə əməl törədib. Fidan xəstəxanaya yerləşdirilib. Onun səhhəti normaldır.

Məsuliyyətə cəlb edilən Ayşə isə iddia edib ki, o əlində kəsici alət olduğunun fərqində olmayıb. Rəfiqəsinin çiyninə və üz nahiyəsinə zərbə endirib. Qadın sərbəst buraxılsa da, onun barəsində araşdırmalar davam edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR