Azad olunmuş ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə 26 günlük məlumat açıqlayıb.

ANAMA-dan Metbuat.az-a bildirilib ki, yanvarın 5-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 32 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 230 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 402.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR