Masazırda dörd gündür niyə su yoxdur? -

Məsələyə operativ reaksiya verən qurum problemi həll edib. Belə ki, Azərsu ASC-nin qəza xidməti tərəfindən ərazidə təmir işləri aparılıb, ərazidə suyun verilişi bərpa edilib.

Xəbəri oxu: Masazırın bu küçəsində su problemi HƏLL EDİLDİ - FOTO

***

Abşeron rayonu Masazır qəsəbəsi, Qasım bəy Zakir küçəsinin sakinləri dörd gündür ki, ərazidə içməli suyun olmaması səbəbindən çətin vəziyyətə düşüblər.

Metbuat.az-a şikayət edən sakinlər bildiriblər ki, bir neçə dəfə Azərsu ASC-nin 955 qaynar xəttinə problem barədə məlumat verilsə də məsələ həllini tapmayıb.

Məsələ ilə əlaqədar Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllıya müraciət etdik. Mətbuat sözcüsü bildirdi ki, şikayət nəzarətə götürülüb vəziyyət araşdırılacaqdır.

Metbuat.az saytı olaraq sakinlərin şikayət etdiyi bu məsələni nəzarətdə saxlayıb, nəticəsi barədə məlumat verəcəyik.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR