Zakir Həsənov Ankarada Ulu Öndərin abidəsini ziyarət edib -

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə qardaş ölkədə işgüzar səfərdədir.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, fevralın 1-də general-polkovnik Z.Həsənov Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR