"Qarabağ" "Keşlə"yə qalib gəldi

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Metbuat.az xəbər verir ki, günün ilk oyununda "Qarabağ" "Keşlə"ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qolunu 56-cı dəqiqədə İbrahima Vadji vurub.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması fevralın 12-də olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR