Putin sevimli idman növündən danışdı:

Rusiya prezidenti Vladimir Putin sevimli idman növləri barədə danışıb.

Metbuat.az xəbər verir ki, Rusiya lideri "China Media Corporation"a müsahibəsi zamanı təkcə xokkey və dağ xizəyi ilə deyil həm də biatlonu, fiqurlu konkisürməni çox sevdiyini, xizəkdən tullanma ilə maraqlandığını, televiziyada tez-tez yarışlara baxdığını bildirib.

" İş cədvəli imkan verəndə Liqanın tədbirlərində iştirak etməkdən məmnun oluram. İmkan düşdükcə xizək sürməyə gedirəm. Ancaq idman maraqlarım bununla məhdudlaşmır. Biatlonu, fiqurlu konkisürməni, idmançılarımızın ənənəvi olaraq çox güclü olduğu yerlərdə xizəklə tullanma ilə də maraqlanıram. Lakin bəzən vaxt az olduğu üçün mən yalnız televiziyada yarışlara baxmaqla kifayətlənirəm”, - deyə Putin müsahibəsində qeyd edib.

Xokkey məharətinin sirlərini bölüşməyi xahiş edəndə Putin qeyd edib ki, o, özünü xokkey həvəsi olan insanlara heç bir məsləhət verməyə haqqı yoxdur.

"Yaxşı olardı ki, bu barədə peşəkar xokkeyçilər, məşqçilər danışsın. Məncə, əsas odur ki, insan nə olursa olsun, mütəmadi olaraq sevimli idman növü ilə məşğul olmalıdır. O, inadla və məqsədyönlü şəkildə məqsədinə doğru addımlamalıdır. Bu zaman şəxsi idman imkanlarını də inkişaf etdirməyə nail olacaqdır".

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR