Fərid Qayıbov bloqçularla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov bloqçularla görüşüb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, o, görüşdən öncə Binəqədi Gənclər Evinin fəaliyyəti ilə tanış olub, burada yaradılmış şəraitlə maraqlanıb və mərkəzin xidmətindən istifadə edən gənclərlə söhbət edib.

Görüşdə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 10-dan çox bloqçular iştirak edib. Onların suallarını cavablandıran nazir sosial media mövzusunda mövcud problemlərlə bağlı müzakirələr aparıb.

Maraqlı ideya və təkliflərlə çıxış edən bloqçular öz fəaliyyətləri barədə danışıb, onları narahat edən məsələlər haqqında məlumat veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR