Gecə saatlarında DƏHŞƏTLİ HADİSƏ:

Türkiyədə işlənmiş paltar və ayaqqabı qutusundan paltar almaq istəyən şəxs girdiyi mexanizmə ilişərək həyatını itirib.

Metbuat.az xəbər verir ki, hadisə Bursa şəhərində gecə saatlarında baş verib.

Məlumata görə Ukrayna vətəndaşı işlənmiş geyim və ayaqqabı qutusundan əşyalar almağa cəhd edib. Bu zaman başı mexanizmə ilişən 30 yaşlı Behpaşa Tamazovu bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb və hadisə yerində dünyasını dəyişib.

Hadisə yeri araşdırma qrupu gələrək Tamazovun cansız bədənini dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün Bursa Ədliyyə Tibb Təşkilatı Morquna aparıblar. Fakt ilə bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR