Rusiya Ukraynaya bu bəhanə ilə hücum edəcək - İDDİA

“Rusiyanın Ukraynanı işğal etmək üçün bəhanə hazırlaya biləcəyinə dair məlumatlarımız var”.

Metbuat.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi açıqlama verib. O bildirib:

“Rusiya torpaqlarında və ya rusca danışan insanlara qarşı saxta hücum planlaşdırıla biləcəyinə dair məlumatlar var. Bu saxta hücumun bir parçası olaraq, yas tutanların, dağılmış evlərin görüntülərini təsvir edən cəsədlərin və aktyorların rol alacağı çox heyrətamiz təbliğat videosunu hazırlanacağına inanırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR