Ərdoğandan qərbə ŞOK MESAJ: Ukrayna ətrafında gərginliyi bilərəkdən artırırlar

“Cənab Putin və Zelenskiyi bir araya gətirmək istəyirik. Putin-Zelenski görüşü yeni mərhələnin başlamasına imkan verəcək”.

Metbuat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib:

“Bunu açıq və qəti şəkildə deməliyəm ki, diqqətlə baxıldıqda qərb təəssüflər olsun ki, indiyə qədər problemin həllinə töhfə verməyib. Hətta vəziyyəti gərginləşdirirlər. Cənab Putinlə görüşə çox önəm verirəm. Zelenski ilə bu məsələdə ortaq fikirdə olduğumuzu müşahidə etdim. Çünki hazırda Avropada bu işi həll etməyi üzərinə götürəcək lider yoxdur. Bundan əvvəl Merkelin simasında bunu görürdük. Ondan sonra belə lider qalmayıb. Bayden də bu işə müsbət yanaşa bilmədi. Cənab Putinlə görüşdən sonra vasitəçi olmağımıza razılıq verilsə, üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazırıq ”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR