Ofisiant işləyən qadın qarın ağrısı şikayəti ilə həkimə getdi: Eşitdiklərinə inanmadı -

ABŞ-da yaşayan Kayla Fustamante adlı qadının doğum hekayəsi böyük maraq yaradıb.

Metbuat.az xəbər verir ki, o, qarın ağrısı şikayəti ilə xəstəxananın təcili yardım bölməsinə müraciət edib. Həkimlər müayinənin nəticələri barədə qadına məlumat verəndə o həm təəccüblənib həm də sevinib. Həkimlər onun hamilə olduğunu və yaxn saatlarda uşaq dünyaya gətirəcəyini ifadə edib. Qadın xəstəxanın doğum bölməsinə göndərilib və bir neçə saatdan sonra o ana olub. Qadının sözlərinə görə, 9 ay müddətində o hamilə olduğuna dair özündə heç bir dəyişiklik hiss etməyib.

Restoranda ofisiant işləyən qadın. iş zamanı qarnında ağrı hiss etdiyi üçün təcili həkimə gedib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR