Məşhur müğəninin anasına HÜCUM EDİLDİ:

"Reynmen" kimi tanınan müğənni və yutuber Yusuf Aktaşın anası Nəsibə Aktaşın evi qəsb edilib.

Metbuat.az xəbər verir ki, hadisə şənbə günü, yanvarın 29-da Türkiyənin Başakşehir ərazisində baş verib. Silahlı soyğunçu "Reynmen" kimi tanınan müğənni Yusuf Aktaşın anası Nəsibə Aktaşın yaşadığı əraziyə gələrək qadını silahla qorxudub. Soyğunçu Nəsibə Aktaşın mobil telefonunu oğurlayaraq hadisə yerindən qaçıb. Böyük qorxu içində olan Aktaş hadisəni polislərə xəbər verdikdən sonra şübhəlinin şəxsiyyəti ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə müəyyən edilib. Araşdırma zamanı 25 yaşlı soyğunçunun narkotik aludəçisi olduğu müəyyən edilib. O məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.

reynmen-ana-silahlı-qəsb-14713952_139_amp


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR