Məşhur telekanalın əməkdaşına TƏCAVÜZ EDİLDİ:

"BBC-nin əməkdaşı "Hungry For It" televiziya şousunun çəkilişlərində təcavüzə məruz qalıb.

Metbuat.az xəbər verir ki, hadisə sentyabr ayında baş versə də detallar bu yaxınlarda məlum olub. Bu barədə “The Sun” nəşri yazır ki, Londonda baş verən hadisədən sonra şahidlərə hadisə ilə bağlı hər hansı açıqlama vermək və məlumat yaymaq qadağan edilib.

“Ehtimal ki, təcavüzkar qapını döyüb, işçinin olduğu otağa soxulub və onu təhqir edib” deyən mənbə hadisənin bütün çəkiliş qrupunu şoka saldığını qeyd edib. "Müqavilə imzalayanda heç birimiz bunun baş verə biləcəyini təsəvvür etmirdik."

Faktla bağlı polisin açıqlamasında bildirilir ki, hücumdan 9 gün sonra hüquq-mühafizə orqanlarına müraciət daxil olub. İdarə nümayəndələrinin sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR