Bakıda yayda dələduzluq etdi, qışda tutuldu

Bakıda yayda dələduzluq etdi, qışda tutuldu
12:58 25 Dekabr 2014
84 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda yay aylarında dələduzluq edən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1963-cü il təvəllüdlü Mirsamil Seyidbəyli tutulub.

Saxlanılan şəxs may-avqust aylarında, Bakı şəhər sakinləri - Nuranə Əliyevadan 2000, İlahə Paşayevadan 1000, Nurlana Nəcəfovadan 1500, Mahnur Nəcəfovadan 2500, Rasim Mütəllimovdan 1500, Humay Babayevadan 1500, Gülnarə Kərimovadan 1600, Zümrüd Vəliyevadan 1200 manat və Elnur Cəfərovdan isə səkkiz ədəd noutbuk alıb. O, aldıqları pulu və əşyaları geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=316212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR