Nazirlik Xocavənddə qəzada yaralananların vəziyyətini AÇIQLADI -

Səhiyyə Nazirliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşirilib.

Qeyd olunub ki, onlardan 11-i Türkiyə vətəndaşıdır.

"2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir", - məlumatda bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR