Ərdoğanın həmləsi vəziyyəti dəyişdi: Türkiyə yeni ittifaq yaradır - Yeni dönəm...

Türkiyə və İsrail arasında münasibətlərin normallaşmağa başlaması Yunanıstanda narahatlıq yaradıb.

Metbuat.az xəbər verir ki, Yunan mediası bu normallaşma prosesinin Yunanıstana və Kiprə zərər verəcəyini yazıb. “Geosiyasi zəlzələ davam edir, lakin Lefkoşa yuxudadır” adlı məqalədə Türkiyənin Aralıq dənizinin şərqində “öz ittifaqını” yaratmağa başladığı qeyd olunur. Müəllif yazır ki, İsrail Türkiyə məsələsində Yunanıstana zəmanət versə də, bu inandırıcı deyil.

Məlumata görə, Türkiyənin Aralıq dənizinin şərqində özünə müttəfiq axtarmasına Vaşinqton səssiz qalıb, Avropa Birliyi isə müdaxilə etməkdə gecikir. Yunanıstan mediası hesab edir ki, Türkiyə Aralıq dənizinin şərqində prosesləri öz xeyrinə dəyişmək üzrədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR