Pandemiya turizim sektorunun inkişafına mane olub -

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə 414,2 min xarici Azərbaycanda hotellərdə gecələyib. Bu əvvəlki il ilə müqayisədə 0.6 faiz azdır. Hotellərdə gecələyən əcnəbilərin 15,5 faizi Türkiyə, 11,0 faizi Rusiya, 9,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,1 faizi Böyük Britaniya, 3,8 faizi İsrail, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi ABŞ, 2,8 faizi İtaliya, 2,7 faizi Almaniya, 2,0 faizi Qətər, 1,9 faizi Hindistan, 1,5 faizi Ukrayna, 1,4 faizi Niderland, 1,2 faizi Qazaxıstan, 1,2 faizi İran,1,1 faizi Belarus, 1,1 faizi Küveyt, 1,0 faizi Gürcüstan, 1,0 faizi Fransa, 26,6 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, diqqət çəkən digər məqam əcnəbi turistlərin daha çox Bakı şəhərinə üstünlük verməsidir.

Azərbaycan Aİ ilə iqtisadi əlaqələrini daha da genişləndirəcək

"Ötən il ölkəyə gələn turistlərin böyük əksəriyyəti rayonlara səfər etməyərək paytaxtda gecələyiblər. Belə ki, əcnəbilərin 81,1 faizi Bakı, 6,6 faizi Qəbələ, 3,0 faizi Qusar, 2,6 faizi Quba, 1,9 faizi Naftalan, 1,7 faizi Naxçıvan Muxtar Respublikası, 1,6 faizi Şabran, 1,5 faizi isə digər şəhər və rayonlarda yerləşən hotellərdə qalıblar. Bu isə o deməkdir ki, 2021-ci ildə ölkəyə gələn hər 10 turistdən cəmi 2-si rayonlara üz tutub. Göründüyü kimi, turistlərin rayonlara marağının artırılması üçün sistemli tədbirlərin genişlənməsinə, stimullaşdırıcı kampaniyaların təşkilinə ehtiyac var".


Vüqar Bayramov qeyd etdi ki, hotellərin fəaliyyəti ilə bağlı digər məqam 2021-ci ildə gəlirlərinin əvvəlki ilə nisbətən artmasıdır. Belə ki, ötən il mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1 faiz artaraq 209,2 milyon manat olub. Bunun da 59,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

"Bütövlükdə, 2021-ci ilin yekunları göstərir ki, pandemiya ötən il də turizm sektorunun inkişafına maneə olub. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Bu baxımdan, ölkəyə turistlərin gəlişi ilə bağlı qaydaların mərhələli şəkildə daha da yumşaldılması məqsədəuyğun olardı. Bu ölkəyə gələn turistlərin sayına birbaşa təsir göstərər. Bununla belə, 2021-ci ilin son aylarında ölkəyə gələn turistlərin sayının artması bu il Azərbaycana daha çox turistin gələcəyinə inam yaradır".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR