Toyda dəhşətli anlar: 24 nəfər yaralandı - Gəlin özündən getdi... /

Türkiyənin Sakarya bölgəsində keçirilən toy mərasimi zamanı qarşıdurma baş verib.

Metbuat.az xəbər verir ki, iddialara görə toqquşmanın başlamasına qonaqlardan birinin oturacağı naməlum səbəbdən zalın ortasında yerə çırpması səbəb olub. Bəziləri isə iddia edir ki, toqquşma qızıltaxma mərasimi zamanı yaranmış mübahisə nəticəsində başlayıb. Hadisə zamanı 24 nəfər xəsarət alıb.

Polis 40 nəfəri nəzarətə götürüb. Məlumata görə, özünü pis hiss edən gəlin hadisəyə görə çox üzülüb. O toqquşmaya səbəb olan qohumlarını məhkəməyə verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR