Allah belarusludur - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində diqqətçəkən fikirlər səsləndirib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Tanrı ona çox kömək edir. Jurnalistin “Yəni bu gün Allahı belaruslu hesab edirsiniz?” sualına Lukaşenko belə cavab verib: “Bəli, nəinki bu gün. O məni ötən əsrin 90-cı illərində də bu qarmaqarışıqlığa atdı, arada da kömək edir” - deyə o vurğulayıb.

Lukaşenko özünə qarşı bir neçə dəfə sui-qəsd cəhdlərinin olduğunu ifadə edib. “Məni öldürməyə çalışırlar” deyən Lukaşenko, ailə üzvləri üçün də təhdidlərin olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR