Əkizlərini otağa saldı, azərbaycanlı arvadını güllələdi -

İstanbulda ər azərbaycanlı həyat yoldaşını güllələyib.

Metbuat.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə dünən Bakı vaxtı ilə 17:00 radələrində baş verib.

Əkiz qızları ilə birlikdə 7 mərtəbəli binanın dördüncü mərtəbəsində yaşayan Özal və Cəmilə arasında mübahisə yaranıb. Özal qızlarını evin bir otağına salaraq qapını bağlayıb. Bunun ardınca isə həyat yoldaşına atəş açıb.

38 yaşlı Toraman eyni silahla intihar etməyə cəhd edərkən yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralı cütlük xəstəxanaya yerləşdirilib.

Polis insidentlə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, Cəmilənin xəstəxanaların birində mamaça olaraq çalışdığı bildirilir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR