"Zirə" səfərdə "Keşlə"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.

Metbuat.az xəbər verir ki, XV turun ilk oyununda "Keşlə" "Zirə"ni qəbul edib.

"ASK Arena"da keçirilmiş qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"ın qolunu 45-ci dəqiqədə Məhəmməd Hamdaui vurub. Bu qoldan 5 dəqiqə əvvəl meydan sahiblərinin kapitanı İlkin Qırtımov ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qələbə sayəsində xalını 25-ə çatdıran "Zirə" üçüncü pilləyə yüksəlib. "Keşlə" isə 14 xalla hələlik 6-cı sıradadır.

Qeyd edək ki, günün digər matçında son çempion "Neftçi" "Qarabağ"ı qəbul edəcək. Tura fevralın 8-də oynanılacaq "Sabah" - "Qəbələ" və "Səbail"- "Sumqayıt" qarşılaşmaları ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR