Tələbələrin diqqətinə:

"Təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56 min 208 nəfərdir. Onlardan 16 min 800-ü sosial təhsil tələbə krediti almaq hüququ olanlardır. 39 min 408 tələbə isə standart təhsil tələbə krediti almaq hüququna sahibdir".

Metbuat.az xəbər verir ki, bunu Təhsil Tələbə Fondunun icraçı direktoru Araz Paşayev deyib.

Onun sözlərinə görə, indiki qaydalarla sırf ödənişli əsaslarla əyani tədris alan tələbələr təhsil kreditlərindən yararlana bilərlər. İcraçı direktor qeyd edib ki, artıq təhsil tələbə krediti üçün müraciət edən 2 minə yaxın şəxsə müsbət cavab verilib. Tədbirdə yaz semestri üzrə təhsil krediti üçün müraciət tarixi də açıqlanıb.

Araz Paşayev bildirib ki, Sosial təhsil tələbə kreditinin alınması üçün potensial müraciət həcmi 16 min 800 nəfərdir. Onlardan 12000 nəfəri bakalavriat, 1300 nəfəri magistratura, 3500 nəfəri isə subbakalavriat üzrə təhsil alan tələbələrdir. Qeyd edilib ki, I semestr üzrə təhsil krediti üçün müraciətlərin qəbulu fevralın 15-də başa çatacaq.

Yaz semestri üçün kreditlə bağlı müraciətlərin qəbulunun isə fevralın 16-dan etibarən başlanması nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR