Hamımızın istifadə etdiyi dərmanla bağlı ŞOK AÇIQLAMA:

Mütəmadi olaraq parasetamol qəbul edən yüksək qan təzyiqi olan insanlarda ürək xəstəliyi və insult riski arta bilər.

Metbuat.az xəbər verir ki, Britaniyada aparılan tədqiqatlar zamanı müəyyən edilib ki, xroniki ağrıların müalicəsində istifadə edilən ağrıkəsici, xəstələrə mümkün olan ən qısa müddət ərzində ən aşağı təsirli doza formasında verilməlidir. Tədqiqatçıların fikrincə, parasetamolun bu xəstəliyi olan xəstələrdə istifadə etmək üçün tamamilə təhlükəsiz bir dərman olduğu güman edilsə də, son araşdırmalar zamanı dərmanın qan təzyiqinə təsir etdiyi, ürək xəstəliyi riskini artırdığı həmçinin xroniki ağrıları idarə etmək üçün istifadə edilən ibuprofen kimi qeyri-steroid antiinflamatuarlara (NSAİİ) bənzədiyi müəyyən edilib.

Mütəxəssislərin fikrincə, parasetamol qan təzyiqini yüksəltməklə ürək xəstəliyi və ya insult riskini təxminən 20 faiz artıra bilir.

"Ağrıları müalicə etmək üçün daha təhlükəsiz dərmanların hazırlanmasına ehtiyac var. Əgər xəstələr ağrıkəsici dərmanların risklərindən narahat olarlarsa, mütləq tibb işçisi ilə məsləhət etməlidirlər" deyə tədqiqatçılar bildiriblər.

Aidə Fərzəliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR