Avtomobilin yük yerindən səs eşitdi: Baxanda İNANMADI - "Mən Papanın oğluyam" / VİDEO

Kanadanın sosial media fenomeni Bethani Coker xoşagəlməz hadisə ilə üzləşib.

Metbuat.az xəbər verir ki, o avtomobilinin yük yerindən səs gəldiyini eşidib. Qadın avtomobilin yük yerini açanda lüt kişi ilə üzləşib. Olduqca təəccüblənən qadın, polisə məlumat verib. Məlum olub ki, naməlum şəxs 3 gündür avtomobilin yük yerində gizlənir.

Qadının “Mənim avtombilimin yük yerində nə edirsən? “sualına şübhəli “Mən Papanın (din adamı) oğluyam” deyə cavab verib. Kişinin psixoloji problemlərinin olduğu bildirilib.

Qeyd edək ki, Cokerin sosial mediada 10 milyon izləyicisi var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR