UEFA "Qarabağ" - "Neftçi" matçından yazıb

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ" klubu haqqında paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda Kadi Borgesin qolları ilə "Neftçi"ni Premyer Liqanın XV turunda 2:1 hesabı ilə məğlub etdiyi qeyd edilib.

Qeyd edək ki, 30 illik rəqabətdə "Qarabağ"ın futbolçusu Kadi Borgesin vurduğu 2-ci qol "Neftçi"nin qapısından keçən 100-cü qol olub. "Neftçi"yə vurulan ilk qolun müəllifi isə Zaur Qarayev olub. O, 1992-ci il sentyabrın 26-da keçirilmiş qarşılaşmada (1:1) fərqlənib.

Xatırladaq ki, Ağdam təmsilçisi UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə üz-üzə gələcək. Komanda ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR