Çavuşoğlu Ərdoğanın səhhətindən danışdı

"Prezidentimizin səhhəti çox yaxşıdır. Davamlı olaraq telefon danışıqları aparır".

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) planlaşdırılan səfərinə də toxunub.

"Onun sözlərinə görə, bu, testlərin nəticələrindən asılıdır. Səfər uzun müddət əvvəl planlaşdırılıb. 15 fevralda Dubay EXPO-da Milli Gün olacaq, inşallah, o zamana qədər sağalar”.

Qeyd edək ki, Ərdoğan və xanımı COVID-19-un "Omicron" ştamına yoluxub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR