Azərbaycanda ƏRDOĞAN adı verilən körpələr artıb

Son 5 ildə Azərbaycanda yeni doğulan 15 körpəyə Ərdoğan adı verilib.

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, 2018-ci ildə 2, 2019-cu ildə 1, 2020-ci ildə isə 5 uşağa valideynləri Ərdoğan adı qoyublar.

2020-ci ilin payızında aparılan 44 günlük Vətən müharibəsində Türkiyə prezidentinin Azərbaycana hərtərəfli dəstəyi Ərdoğanın ölkəmizdə daha da populyarlaşmasına səbəb olub.

Elə bunun nəticəsidir ki, 2021-ci ildə 7 azərbaycanlı körpə valideynləri tərəfindən Ərdoğan adlandırılıb.

Qeyd edək ki, Ərdoğan Türkiyə prezidenti Rəcəb Tayyibin soyadıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR