Taksi sürücüsündən rəzillik: Qadın müştəri lentə aldı -

İstanbulda taksi sürücüsü ilə qadın müştəri arasında mübahisə baş verib.

Metbuat.az xəbər verir ki, qadının yaxınlıqda yerləşən ünvana getmək istəməsi sürücünü qane etməyib. Qadın, sürücüdən avtomobili yolun kənarında saxlamasını və enəcəyini bildirsə də, sürücü nəqliyyat vasitəsini yolun ortasında saxlayaraq, müştərinin düşməsini istəyib. Bu səbəbdən tərəflər arasında mübahsiə baş verib. Sürücü, qadın müştəriyə qarşı güc tətbiq edərək, onun əlindən tutub və avtomobildən çıxarıb. Ətrafdakı şəxslər də sürücünün şiddətinə etiraz edib.

Qeyd edək ki, qısa məsafəyə az ödəniş edildiyi üçün taksi sürücülərini qane etmir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR