Qəbələdə kolluq ərazidə avtomat aşkarlanıb

Qəbələdə kolluq ərazidə avtomat aşkarlanıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinə Bum qəsəbəsindəki kolluq ərazidə şübhəli bağlamanın olması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və oradan bir ədəd avtomat aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR