81 yaşlı kraliça koronavirusa yoluxdu

Danimarka kraliçası II Marqrete koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, 81 yaşlı kraliçada koronavirusun yüngül simptomları var və o, hazırda Amalienborqdakı IX Kristian sarayındadır.

Kraliça koronavirusa yoluxduğundan onun qış tətili təxirə salınır. Sözügedən tətil fevralın 9-u başlamalı idi və o, tətilini Norveçdə keçirməyi planlaşdırırdı.

Qeyd olunur ki, kraliça koronavirusa qarşı 3 doza peyvənd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR