DİN dilənçilərin küçədə narkotik satması barədə məlumatlara münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə dilənçilərin küçədə narkotik vasitə satmağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, sosial şəbəkə seqmentlərində uşaqların satdığı salfetin içinə narkotik olması ilə bağlı yayılan məlumatlar araşdırılıb.

"Polis tərəfindən keçirilən müvafiq tədbirlərlə həmin məlumatı yayan şəxs - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Abumislimov Kamran olması müəyyən olunub. O, etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub.

Onun iddia etdiyi halların bütün təfərrüatları yoxlanılıb. Salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması məlum olub.

İddialarla bağlı araşdırmalar davam etdirilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR