Selçuk Bayraktar Qənimətlər Parkını ziyarət etdi -

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Hərbi Qənimətlər Parkında olub.

Metbuat.az xəbər verir ki, o, bu barədə Tvitter hesabında paylaşım edib.

“Qarabağ qələbəsində ələ keçirilən hərbi maşınların sərgiləndiyi Qənimətlər Parkında olduq. Bu münasibətlə bir daha qələbə memarlarını, bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirik. Qələbə üçün Rəbbimizə şükürlər olsun”, - Bayraktar qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR