Böyrəyini sevgilisinə verdi: Yataqdan qalxan gənc hamını heyrətə gətirdi: Başqa qadınla... /

Kollen Li adlı qızın sosial mediada paylaşdığı hadisə hamını təəccübləndirib.

Metbuat.az xəbər verir ki, qızın sözlərinə görə, 5 il əvvəl o xəstə olan sevgilisinə böyrəyini verərək, həyatını xilas edib. Oğlan sağalandan sonra isə qıza xəyanət edib. İlk xəyanəti bağışlayan qız, bir müddət sonra ikinci dəfə də sevgilisinin vəfasızlığı ilə üzləşib. Sevgilisi qıza ayrılmaq istədiyini deyib.

Məlum olub ki, oğlan başqa qadına aşiq olub. Nəticədə onlar ayrılıblar. Qız ümid etdiyini bildirib ki, onlar nə vaxtsa yenidən bir araya gələcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR