Şuşa yolunda QƏZA:

Xankəndidən Şuşaya çıxan yolda “Mercedes-Benz” markalı avtomobil Rusiya sülhməramlılarının zirehli texnikası ilə toqquşub.

Metbuat.az "Hrparak"a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.Qəza nəticəsində vəziyyəti ağırlaşan 35 yaşlı Ermənistan vətəndaşı xəstəxanaya yerləşdirilib.

Hadisəyə səbəb olan sürücünün vəziyyəti qənaətbəxş olsa da xəstəxanaya yerləşdirilən 35 yaşlı sakinin səhhəti isə orta ağır kimi qiymətləndirilib.

Məlumata görə sülhməramlıların həmin ərazidə yolu bağlayıblar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR