Azərbaycanda Vahid Səhiyyə Çağrı Mərkəzi yaradılacaq

"Səhiyyə Nazirliyinin nəzdində Vahid Səhiyyə Çağrı Mərkəzi yaradılacaq".

Metbuat.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hər bir vətəndaş çağrı mərkəzinə müraciət edərək tiblə bağlı istənilən sorğunu ünvanlaya biləcək:

“Bununla da vətəndaşların problemlərinin həllinə və sorğusunun operativ şəkildə cavablandırılmasına nail olacağıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR