Daha bir Simpson kəhanəti GERÇƏK OLDU:

ABŞ-da yayımlanan və bütün dünyada məşhur olan “The Simpsons” cizgi filmi əvvəlki epizodlarınada dünyada baş verən bir çox mühüm hadisələri öncədən təxmin etməsi ilə məşhurdur. Hətta koronavirus epidemiyasına kimi bir çox fövqəl təbii hadisənin cizgi filmin bölümləri arasında görmək mümkündür.

Metbuat.az xəbər verir ki, bu dəfə sosial mediada serialın pərəstişkarları tərəfindən "The Simpsons"ın metaversi 10 ildən çox əvvəl proqnozlaşdırdığı iddia edilib. Məlumata görə, metavers proqnozu 2011-ci ildə yayımlanan 23-cü mövsümdə “ Holidays Future Passed” seriyasında verilibmiş.

Bu epizodda Liza Simpson "ultra şəbəkə"yə ilk dəfə girərək, onlayn dünyanı reallıq dünyasına tamamilə bənzəyən formada görür.

Sosial mediada istifadəçilər “Simpsonlar 2011-ci ildə metaversi proqnozlaşdırmışdılar” deyərək, müzakirələr başladıblar. qızışdırıb. Digər istifadəçilər isə “Simpsonlar metaversi təxmin etdilər, yoxsa Mark Zukerberq bu fikri Simpsonsdan oğurlayıb?” deyə şərh yazıblar.

Son məlumatlara görə metaverse ilə bağlı proqnoz sosial medianı, belə demək mümkünsə, silkələyib.



Aidə Fərzəliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR