Qeyri-neft-qaz sənayesi artıb

Bu ilin yanvar ayında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 6,5 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 % çox sənaye məhsulu istehsal edib.

Metbuat.az xəbər verir ki, bub barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 1,4 %, qeyri neft-qaz sektorunda isə 24,1 % artıb.

Sənaye məhsulunun 72,2 %-i mədənçıxarma sektorunda, 23 %-i emal sektorunda, 4,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,1 % azalıb, əmtəəlik qaz hasilatı isə 18,3 % artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 93,3 %, mebel istehsalı 85,7 %, tikinti materiallarının istehsalı 85,1 %, maşın və avadanlıqların istehsalı 69,8 %, əczaçılıq məhsullarının istehsalı 63,2 %, kimya sənayesi məhsullarının istehsalı 61,6 %, hazır metal məmulatlarının istehsalı 59,0 %, kompüter, elektron və optik məhsulların istehsalı 50,9 %, poliqrafiya məhsullarının istehsalı 45,4 %, metallurgiya sənayesi məhsullarının istehsalı 40,8 %, neft məhsullarının istehsalı 28,3 %, kağız-karton istehsalı 27,6 %, qida məhsullarının istehsalı 19,1 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 18,6 % artıb, maşın-avadanlıqların quraşdırılması və təmiri işləri 4,7 %, geyim istehsalı 6,4 %, içkilərin istehsalı 12,8 %, toxuculuq sənayesi məhsullarının istehsalı 13,9 %, tütün məmulatlarının istehsalı 30,5 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,2 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,0 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,1 % artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR