AYYDA: "Palçıq vulkanlarına yeni avtomobil yolu inşa edilir"

Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən yeni avtomobil yolu inşa edir.

Metbuat.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, yeni yol 3-cü texniki dərəcəyə uyğun inşa olunur. Onun uzunluğu 21 km təşkil edəcək. Torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni 8 metrdir.

Görülən işlər çərçivəsində torpaq yatağı və yol əsası inşa edilib, suötürücü borular yenilənib.

Hazırda yol boyu yeni asfalt-bet­on örtüyünün döşənməsi, yol çiyinlərinin tikintisi işləri icra olunur. Yol nişanları, siqnal dirəkləri quraşdırılır.

Layihənin sonuncu mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR