Bayden Ağ evdə məşhur müğənnini qonaq etdi -

ABŞ prezidenti Co Bayden Ağ Evdə 20 yaşlı amerikalı müğənni Billi Ayliş və müğənninin səhnə ortağı olan qardaşı Finneas Okonnell ilə görüşüb.

Metbuat.az xəbər verir ki, Bayden özünün Tvitter səhifəsində bu görüş barədə xüsusilə yazıb.

"Dostlarım Billy və Phineas-ın şəhərdə konsert verəcəklərini biləndə onları Ağ Evə dəvət etdim” .

Qeyd edək ki, Amerikalı pop müğənni Billi Ayliş Corciya ştatının Atlanta şəhərində verdiyi konsert zamanı pərəstişkarına kömək edib.

Məlumata görə, müğənni nəfəs almaqda çətinlik çəkən pərəstişkarına görə şounu dayandırıb. Sonra isə qızdan inhalyator lazım olub-olmadığını soruşub. İfaçı pərəstişkarının yaxşı olduğuna əmin olduqdan sonra ona havadan öpüş göndərib və “səni sevirəm” deyərək konsertinə davam edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR