Bayden XƏBƏRDARLIQ ETDİ:

ABŞ prezidenti Co Bayden amerikalıları Ukraynanı dərhal tərk etməyə çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Bayden cümə axşamı NBC tərəfindən yayımlanan müsahibəsində bildirib. Açıqlamada qeyd olunur ki, heç bir halda ABŞ qoşunları öz vətəndaşlarının təxliyəsinə kömək etmək üçün Ukrayna ərazisində olmayacaq.

Qeyd olunur ki, Ukrayna ərazisində qalmağa qərar verən ABŞ vətəndaşları üçün ABŞ Xarici İşlər Nazirliyi vəziyyətin gərginləşməsi halında “cinayətkarlıq, vətəndaş iğtişaşları və potensial hərbi əməliyyatlarla bağlı daha çox ehtiyatlı davranmağı” tövsiyə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR