İrandan Türkiyəyə qarşı DƏHŞƏTLİ PLAN: İstanbulun mərkəzində... - FOTOLAR

İran ötən il sui-qəsd nəticəsində ölən nüvə alimi Möhsün Fəxrizadənin qisasını İsraildən almağa çalışıb.

Metbuat.az Türkiyənin Sabah qəzetinə istinadən xəbər verir ki, bu məqsədlə İsrailin məşhur iş adamı Yair Gellerin Türkiyədə öldürülməsi planlaşdırılıb. Məlumata görə, İran tərəfi Türkiyə vətəndaşlığı da olan Gelleri öldürməklə həm də Ankara-Təl-Əviv əlaqələrinə zərbə vurmağı planlaşdırıb. Bu planın baş tutması Türkiyənin beynəlxalq aləmdə imicinə də xələl gətirəcəkdi. İranın Kəşfiyyat təşkilatı bu məqsədlə 9 nəfərdən ibarət dəstə qurub. İş adamının fəaliyyəti və onun qaldığı villa izlənilib. Lakin Türkiyənin Milli Kəşfiyyat təşkilatının səyi nəticəsində İranın bu planı iflasa uğrayıb.

Dəstənin 9 üzvü ələ keçib. Dəstənin lideri isə İranda olduğu üçün o hələlik azadlıqdadır. Məlum olub ki, İran tərəfi diqqət çəkməmək üçün sui-qəsdi Türkiyə vətəndaşlarına həvalə edib. Qeyd edək ki, İsrailli iş adamının Türkiyədə iri biznesi var. İsrailin Xarici İşlər Nazirliyi təhlükəsizlik səbəbilə Gelleri Təl-Əvivdə yaşamağa dəvət etsə də, Geller İstanbulu çox sevdiyini deyərək, dəvəti geri çevirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR