40 yaşlı qadın məktəbdə bıçaqlanaraq öldürülüb

İsmayıllı rayonunda orta məktəbdə qətl hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Basqal kənd orta məktəbinin qarşısında qeydə alınıb. məktəbdə gözətçi işləyən, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayaraq öldürüb.

B.Əhmədli hadisə yerindən qaçıb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır. Hüquq-mühafizə orqanları tərəfindən B.Əhmədlinin axtarışları davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR