Efirdə QALMAQAL: Göz yaşları ilə ürəkləri parçaladı -

Türkiyənin məşhur proqramı Esra Erola qatılan Ceylan adlı qızın ağlamağı sosial medianın gündəminə çevrilib.

Metbuat.az xəbər verir ki, evdən qaçaraq Ramazan adlı şəxslə ailə həyatı quran və 3 aylıq hamilə olan Ceylan “Ailələrimizlə bizi barışdırın” deyərək Esra Erolun qapısını döyüb.

Evləndikdən sonra hər iki ailə gəncləri rədd edərək evliliklərini qəbul etməyiblər. Ceylan və Ramazan Esra Eroldan kömək istəyiblər. 3 aylıq hamilə olan Ceylanın evlənməsinə icazə verilmədiyini deyən anasına qışqırdığı anlar sosial mediada gündəm olub. Qızın anası onu övladlıqdan çıxaracağını desə də Ceylan cavabında "Həyat yoldaşımı tərk edib dul qala bilmərəm" deyə ağlamağa başlayıb.

Həmin anların görüntülərini təqdim edirik:

Aidə Fərzəliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR