"Real Madrid"in əsas hücumçusu PSJ-yə qarşı oynaya bilər

İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema Fransada PSJ-yə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda iştirak edə bilər.

Metbuat.az-ın məlumatına görə, bu barədə "kral klubu"nun baş məşqçisi Karlo Ançelotti açıqlama verib. İtaliyalı mütəxəssis fransalı hücumçunun komanda ilə birlikdə Parisə uçacağını bildirib.

Qarşılaşma fevralın 15-də "Park de Prens" stadionunda baş tutacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 9-da olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR