Tehranda GÜCLÜ yanğın baş verdi - Ölənlər barədə məlumat yoxdur

Tehranda Böyük Bazarda yanğın baş verib.

Metbuat.az xəbər verir ki, yanğın şənbə günü səhər İranın paytaxtında Qapalı Bazarda baş verib. Bu barədə IRIB yayım korporasiyası məlumat yayıb .

Bildirilib ki, bir sıra mağaza və pərakəndə satış mağazalarına ziyan dəyib, onların sayı açıqlanmır. Xilasetmə xidmətləri yanğını lokallaşdırmağa müvəffəq olub.

Qeyd olunur ki, hadisə yerində ən azı altı yanğınsöndürmə briqadası işləyib.


Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR