Bakıda gənc müəllim vəfat etdi -

Bakıdakı Məktəb Lisey Kompleksinin kollektivinə ağır itki üz verib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyeva məlumat yayıb.

Belə ki, məktəbin ingilis dili müəllimi, peşəkar təhsil işçisi Pərvanə Mahir qızı Muradi vəfat edib.

Məktəb direktoru bildirib ki, gənc müəllimin vaxtsız vəfatı onları sarsıdıb:

“Biz əsl müəllim, bir dəyər itirdik. Pərvanə müəllim həmişə yeni-yeni ideyaları ilə hamıya kömək etməyə, faydalı olmağa çalışırdı. Kollektivimiz adından ailəsinə dərin hüznlə başsağlığı verir, yaxınlarına səbir diləyirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR