Stiv Cobsun qızının şərəfinə adlandırdığı kompüter niyə satışdan çıxarılıb?

Stiv Cobsun qızının şərəfinə adlandırdığı kompüter   niyə satışdan çıxarılıb?
10:11 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

1983-cü il yanvarın 19-da "Apple" korporasiyası qrafik interfeysli "Lisa" adlı ilk ucuz fərdi kompüterini istehsal edib. Cobsun qızının şərəfinə kompüter belə adlandırılıb.
 
"Lisa" texniki xüsusiyyətlərinə görə "IBM" şirkətinin "Intel" prosessorla təchiz edilmiş "5150" modelindən güclü olub. İstehsalçılar o dövrün ən yaxşı kompüter texnologiyalarını bu cihaza yerləşdirmişdilər: daxili skrinseyver, xüsusi olaraq hazırlanmış "Apple ProFile" sərt diski və təhlükəsiz yaddaş rejimi.
 
Kompüter ilk növbədə biznes auditoriyası üçün nəzərdə tutulmuşdu. "Apple Lisa" kompüterinin sifarişçilərindən biri ABŞ Milli Aerokosmik Agentliyi olub.
 
"Apple Lisa" kompüteri 1986-cı ilədək istehsal edilib.
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34833-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR